Göygöl rayonu ərazisində 1600 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Göygöl rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2026” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun  Çaykənd kəndində "Meşəlik"  adlanan ərazidə 3200 ədəd, ümumi çəkisi 1600 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 28