
Qax rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2026” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Uzuntala kəndi ərazisində 3300 ədəd, ümumi çəkisi 1210 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.