
Ağstafa rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2026” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Poylu kəndi ərazisində 6118 ədəd, ümumi çəkisi 3341 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.