Zəngilan rayonu ərazisində 2650 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Zəngilan rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2026” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Aşağı Gəyəli kəndi ərazisindən axan Oxçu çayının sağ sahilində 9100 ədəd olmaqla, ümumi çəkisi 2650 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 39