Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayında maarifləndirmə tədbiri keçirilib

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçilməsi üzrə Tədbirlər Planının 8.4.5-ci yarımbəndinin icrası ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayında həqiqi hərbi xidmət keçənlər, o cümlədən digər qulluqçular arasında narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə təbliğat işinin gücləndirilməsi məqsədi ilə maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirdə Dövlət Komissiyası İşçi Qrupunun, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) nümayəndələri mövzu ətrafında çıxışlar edərək, narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, eyni zamanda qadağan edilmiş maddə və üsullardan istifadəyə qarşı aparılan mübarizə barədə qanunvericiliyin tələbləri, sosial və hüquqi fəsadlar haqqında, habelə bu cür vasitələrdən istifadənin həm vətəndaş, həm də idmançı statusunda müvafiq hüquqi məsuliyyətə səbəb olduğuna dair ətraflı məlumat veriblər.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Sən bunlara hazırsan?”, “Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar” və “Məlumatlı ol, cinayət törətmə” adlı yeni təbliğat materiallarının tələbələrə paylanması təmin olunub.




Baxılıb: 27