Qazax rayonunda valideynlər və müəllimlər üçün maarifləndirici tədbir keçirilib

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.7-ci və 8.4.14-cü yarımbəndlərinə əsasən narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahə üzrə məlumatlılığın artırılması məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qazax şəhər 2 nömrəli tam orta məktəbində valideynlər və müəllimlər üçün növbəti maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin,Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri çıxış edərək narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahədə məlumatlılığın artırılmasının əhəmiyyəti barədə danışmışlar. Çıxışçılar xüsusilə yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi məqsədilə valideynlər tərəfindən daimi söhbətlərin aparılmasının və bu istiqamətdə nəzarətin gücləndirilməsinin vacibliyini vurğulamışlar. Eyni zamanda narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri və ağır fəsadları barədə ətraflı məlumat vermişlər.

Görüş zamanı mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış "Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr" adlı kitabça müəllim heyyətinə, həmçinin "Valideynlər üçün tövsiyə" adlı yeni maarifləndirici materiallar iştirakçılara paylanılıb.




Baxılıb: 41