Qax rayonu ərazisində 1 ton 735 kiloqramdan artıq çətənə bitkisi məhv edilmişdir.

  Qax rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2015” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Qax rayonunun Qaşqaçay kəndində Qanlıqobu adlanan ərazidə 1,5 ha sahədə 6432 ədəd, ümumi çəkisi 1 ton 735 kq olan  yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 1283