Siyəzən rayonu ərazisində yabanı halda bitmiş 1 tondan artıq çətənə bitkisi aşkar olunaraq məhv edilmişdir.

   Siyəzən rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2015” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində 19.08.2015-ci il tarixdə rayonun Keş adlanan ərazisində meşə zolağının kənarında, dövlət fond torpağına aid ərazidə ümumi sahəsi 0,6 hektar olan, boyu 180-200 sm hündürlükdə, hər birinin təxminən çəkisi 300-320 qram, 5300 ədəd, ümumi çəkisi 1 ton 271 kq olan  yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

 



Viewed: 1579