Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2015” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində 15.07.2015-ci il tarixdə Şamaxı rayonunun Meysəri kəndi ərazisində 1870 ədəd, ümumi çəkisi 1327 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.