Dövlət Komissiyasının İşçi Qrupu regionlarda narkomanlığa qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə Şamaxı Rayon İcra Hakimiyyəti ilə birgə profilaktik tədbir keçirmişdir.

  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa  qarşı mübarizəyə  dair  2013-2018-ci illər üçün Dövlət Proqramı”nın bəndlərinə müvafiq olaraq narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin təsirliyini artırmaq məqsədilə 28 iyul 2015-ci il tarixdə Dövlət Komissiyasının İşçi Qrupu Şamaxı rayon icra hakimiyyəti yanında fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın təşkilatçılığı ilə toplantı keçirmişdir.

  Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələri mövzu ətrafında çıxışlar edərək, dinləyicilərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar mövzusunda  geniş müzakirələr aparılmışdır.

  Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış  əyani vəsaitlər (“Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri) tədbir iştirakçılarına paylanılmışdır.




Baxılıb: 1275