Şuşa rayonu ərazisində 2 tondan artıq çətənə bitkisi məhv edildi.

   Şuşa rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2014” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində 14.07.2014-cü il tarixdə Şuşa rayonunun Çaylı kəndinin ərazisində 1970 ədəd və ümumi çəkisi 2 ton 100  kiloqram olan  yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Viewed: 1459