10 iyul 2015-ci il tarixdə Şuşa rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2015” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Tərtər rayonunun Çaylı kəndi ərazisində, Tərtər çayının sağ və sol sahilində ümumi sayı 1650 ədəd, cəmi çəkisi 1 ton 450 kiloqram olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.