Şuşa RPŞ-in əməkdaşları tərəfindən 1 ton 450 kiloqramdan artıq çətənə bitkisi aşkar olunmuşdur.

  10 iyul 2015-ci il tarixdə Şuşa  rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2015” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Tərtər rayonunun Çaylı kəndi ərazisində, Tərtər çayının sağ və sol sahilində  ümumi sayı 1650 ədəd, cəmi çəkisi 1 ton 450 kiloqram olan  yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

 



Baxılıb: 1575