26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Mingəçevir şəhər komissiyası tərəfindən tədbirlər keçirilmişdir.

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası məqsədi ilə, həmçinin “26 iyun BMT-nin Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar Mingəçevir Komissiyası tərəfindən narkomaniya, onun doğurduğu fəsadlar və s. barədə maarifləndirici tədbirlər  keçirilmişdir. Yerli komissiya tərəfindən tərtib edilmiş qrafikə uyğun olaraq tədbirlər şəhər Tibb və Turizm Kollecləri, Politexnik İnstitutu, Peşə məktəbi, AMİ-nın Mingəçevir  şəhər filialında, şəhər Mərkəzi Xəstəxanası, şəhər Təhsil şöbəsi, Gənclər və İdman İdarəsində keçirilmişdir.

  Tədbirlər yerli şəhər komissiya üzvlərinin iştirakı ilə keçirilmiş, bu tədbirlərə beş yüzə yaxın iştırakçı cəlb olunmuş və maarifləndirici söhbətlər aparılmışdır.

    Keçirilmiş tədbirlər yerli və respublika KİV-lərində işıqlandırılmışdır. 




Baxılıb: 2505