Şəki şəhəri ərazisində 4 tona yaxın çətənə bitkisi aşkar olunaraq məhv edilmişdir.

  “Xaş-xaş 2015” şərti adlı tədbirlər planının icrası ilə əlaqədar olaraq, 20 iyul 2015-ci il tarixdə Şəki şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Şəki rayonu II Biləcik kəndi ərazisində 5632 ədəd, ümumi çəkisi 2 ton 816 kq və 11 avqust 2015-ci il tarixdə Şəki rayonu Baş Layısqı kəndi ərazisində 4077 ədəd, ümumi çəkisi 1005 kq olan  yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 1566