26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Suraxanı rayonunda tədbir keçirilmişdir.

    Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun tağşırığına əsasən, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası məqsədi ilə, həmçinin “26 iyun BMT-nin Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar narkomaniya, onun doğurduğu fəsadlar və s. barədə Suraxanı rayonunda narkomaniyaya qarşı mübarizə həftəsi (17-21 iyun 2014-cü il) çərçivəsində “Gəncliyimizi qoruyaq” adlı maarifləndirici tədbirlər keçirilmişdir.

   Suraxani rayonu Heydər Əliyev Mərkəzində, rayon ərazisində yerləşən 2 mədəniyyət sarayında, 6 mədəniyyət evində yeniyetmə və gənclər arasında hüquq pozuntularının və zərərli vərdişlərin profilaktikası sahəsində hüquqi-maarifləndirici tədbirlər keçirilmişdir. Tədbirlərdə gənc rəssamların mövzuya aid çəkdikləri rəsmlərdən ibarət sərgilərə baxış təşkil olunmuş, yeniyetmə və gənclərə mövzu haqqında geniş məlumat verilmiş, narkomaniyanın insan orqaniziminə necə təsir etdiyi və bu yoldan sağlam həyata dönüşün olmadığı izah edilmiş, onlara mövzuya aid bukletlər paylanılmışdır.




Baxılıb: 3349