26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Xəzər rayon komissiyası tərəfindən tədbir keçirilmişdir.

    26 iyun – BMT-nin Narkotiklə Mübarizə Günü”  münasibətilə Xəzər RİH Aparatında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın tapşırığı ilə Xəzər rayon Gənclər və İdman İdarəsi tərəfindən Buzovna qəsəbəsindəki R.Axundov adına Mədəniyyət evində gənclərin iştirakı ilə “Ağ ölümə qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə  rayon üzrə aidiyyəti orqanların əməkdaşları çıxış edərək yeniyetmə və gənclərə narkotik vasitələrin, psixotrop maddələrin insan orqanizminə vurduğu zərərlərdən, onların qanunsuz dövriyyəsindən, narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində görülən işlərdən geniş məlumat vermişdirlər.

   Tədbirin sonunda Xalq Teatrının üzvlərinin iştirakı ilə gənclərə səhnəcik təqdim olunmuşdur. 




Baxılıb: 2793