Dövlət Komissiyasının işçi qrupunda görüş

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyinin rəhbəri Aleksandr Siçov ilə martın 5-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunda olmuşdur.

Görüş zamanı qonağa Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının və onun işçi qrupunun qarşısında duran vəzifələr, ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində görülən işlər barədə məlumat verilmiş, qarşıda duran məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.  

 

 




Viewed: 1476