Azərbaycan Respublikasının nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak etmişdir

11-15 mart  2013-cü il tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin (BMTNCİ) təşkil etdiyi Narkotik Vasitələr üzrə Komissiyasının 56-cı sessiyası keçirilmişdir.

Sessiyada Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası işçi qrupunun, Xarici İşlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin yüksək vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak etmişdir.

Nümayəndə heyəti sessiyanın gündəliyində duran məsələlərin müzakirəsində iştirak etməklə yanaşı, ayrı-ayrı dövlətlərin iştirakçı nümayəndələri ilə fikir mübadiləsi aparmışdır.

Azərbaycan Respublikasında bu sahədəki vəziyyəti əks etdirən məlumat tərcümə edilərək, iştirakçı dövlətlərdə yayılması üçün sessiyanın katibliyinə təqdim olunmuşdur.




Baxılıb: 1371