Astara rayonunda tədbir keçirilmişdir

 
14 iyun 2013-cü il tarixdə  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu Milli Qeyri-Hökumət Təşkilatları Forumu ilə birlikdə “Narkomanlığa və narkobiznesə qarşı mübarizədə ictimaiyyətin və QHT-lərin rolu” mövzusunda Astara  rayonunda tədbir keçirilmişdir.

Tədbirin əsas məqsədi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə və  narkomanlığın profilaktikası istiqamətində müvafiq dövlət qurumları ilə  yanaşı QHT-nın da fəaliyyətinin gücləndirilməsi olmuşdur.

Toplantıda Astara rayon İcra Hakimiyyətinin Başçısının 1-ci  müavini Allahverən Mahmudov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının  İşçi qrupunun rəhbər müavini Vasif Quliyev, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti Rauf Zeyni, həmçinin rayonun  əlaqədar təşkilat və  müəssisələrinin  rəhbərləri iştirak edərək mövzu ətrafında çıxış etmişlər.




Baxılıb: 1315