Tədbirin əsas məqsədi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə və narkomanlığın profilaktikası istiqamətində müvafiq dövlət qurumları ilə yanaşı QHT-nın da fəaliyyətinin gücləndirilməsi olmuşdur.
Toplantıda Astara rayon İcra Hakimiyyətinin Başçısının 1-ci müavini Allahverən Mahmudov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbər müavini Vasif Quliyev, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti Rauf Zeyni, həmçinin rayonun əlaqədar təşkilat və müəssisələrinin rəhbərləri iştirak edərək mövzu ətrafında çıxış etmişlər.