Dövlət Komissiyasının İşçi qrupunda Avropa İttifaqının Narkotiklərə Nəzarət üzrə hüquq-mühafizə mütəxəssisləri ilə görüş keçirilmişdir

      5 iyul 2013-cü il tarixdə Avropa İttifaqının “Mütəşəkkil Cinayətkarlıq və Heroin Marşurutu üzrə narkotik vasitələrin qaçaqmalçılığı ilə mübarizə” Proqramının II mərhələsini əhatə edən layihənin qiymətləndirmə üzrə komanda üzvləri ilə Dövlət Komissiyasının İşçi qrupunda görüş keçirilmişdir. Görüşdə layihənin komanda rəhbəri cənab Tomas Patrik Karter, aparıcı mütəxəssis xanım Edviq Presli, həmçinin Aİ mütəxəssisləri cənab Devid Kuqnetti, Timoti Freyzer, Jari Maqnus Nummera və Maykl Filips iştirak edirdilər.

       Nümayəndə heyətinin Azərbaycan Respublikasına gəlişinin məqsədi hüquq-mühafizə orqanlarında görüşlər keçirməklə, heroin marşurutu üzrə narkotik vasitələrin qaçaqmalçılığı (əsasən Əfqanıstandan və Əfqanıstana olan qaçaqmalçılıq nəzərdə tutulur) ilə mübarizədə əlaqələndirmənin inkşaf etdirilməsi üçün potensialın artırılmasından ibarətdir.

      Görüş zamanı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının həyata keçirdiyi tədbirlər, narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanlarının və digər qurumların gördüyü işlərin əlaqələndirilməsi, istiqamətləndirilməsi və müvafiq tövsiyələrin verilməsi kimi həyata keçirilən tədbirlər qeyd edilmişdir.

       Eyni zamanda İşçi qrupun rəhbəri Məzahir Əliyev görüş iştirakçılarına ölkə üzrə son 5 ildə narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsinin vəziyyəti, həmçinin heroinin ölkəyə gətirilməsi marşurutları, eləcə də bu kimi hallara qarşı görülən qabaqlayıcı tədbirlər barədə ətraflı məlumat vermişdir.




Viewed: 1351