Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının tərkibində dəyişiklik edilmişdir

        Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 13 sentyabr 2013-cü il tarixli, 3137 nömrəli Sərəncamı ilə “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 avqust 429 nömrəli Sərəncamında dəyişikliklər edilmişdir.

       Azərbaycan Respublikası Təhsil nazirinin müavini Ceyhun Bayramov Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvi təyin olunmuşdur.




Baxılıb: 970