İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Narkotiklər və mütəşəkkil cinayətkarlıq üzrə əlaqələndirmə idarəsinin rəhbəri canab Hüseyn Pur-kərəmi ilə Dövlət Komissiyasının İşçi qrupunda görüş keçirilmişdir

     01 oktyabr 2013-cü il tarixdə İqtisadi Əməkdaşlıq Təşkilatının Narkotiklər və mütəşəkkil cinayətkarlıq üzrə əlaqələndirmə idarəsinin rəhbəri canab Hüseyn Pur-kərəmi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunda görüş keçirilmişdir.

    Görüş zamanı İƏT-in Narkotiklər və mütəşəkkil cinayətkarlıq üzrə əlaqələndirici məmurlarının 2013-cü ilin sonunda Bakıda keçirilməsi nəzərdə tutulan növbəti iclasının tarixinin dəqiqləşdirilməsi, iclasın gündəliyi və digər zəruri məsələlərlə bağlı müzakirə aparılmışdır.

     İşçi qrupun rəhbəri Məzahir Əliyev ölkədəki hazırki narkotik vəziyyət, narkomanlığın və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daha da gücləndirilməsi sahəsində Ölkə Prezidenti tərəfindən təsdiq olunmuş 2013-2018-ci illəri əhatə edən yeni Dövlət Proqramının əhəmiyyətindən, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində narkotiklərin istehsalı, yayılması və sair problemləri qonağın diqqətinə çatdırdı.  

      Cənab Hüseyn Pur-kərəmi İƏT-in Narkotiklər üzrə əlaqələndirmə idarəsinin yaradılmasının məqsədi və bu təşkilata üzv olan dövlətlərin gördükləri işlər və gələcək planları haqqında ətraflı məlumat verdi.




Viewed: 1382