Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2013" şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Tərtər rayonunun inzibati ərazisində 420 ədəd, ümumi çəkisi 345 kiloqramdan artıq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.