“Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçası hazırlanmışdır.

    Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin (BMTNCİ) (UNODC)  narkotiklərə qarşı ümumdünya çərçivəsində hazırladığı məlumat-təbliğat yönümlü sənədlərlərdən istifadə olunmaqla Azərbaycan Respublikasında qanunsuz dövriyyədə olan və narkomanların gündəlik qeyri-tibbi yolla istifadə etdikləri narkotik vasitələrin, psixotrop maddələrin ümumi təsviri, onun istifadə üsulları, istifadəçilərə təsiri, istifadə edənlərə göstərdiyi ağır nəticələr və riskin digər növləri haqqında ətraflı məlumatları özündə əks etdirən “Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçası hazırlamışdır.

    Kitabça narkotik vasitələrin, psixotrop maddələrin növlərinə görə onu qəbul edən insanların davranışında, psixikasında və zahiri görünüşündə baş verən dəyişikliklər, həmçinin başqalarının təsiri altına düşməsindən yayınma və sair bu kimi narkomanlığın profilaktikası və əhalinin maarifləndirilməsində xüsusi əhəmiyyətlidir.

    Kitabça azyaşlılar-məktəblilər, yeniyetmə-gənclər, o cümlədən valideyinlər və  geniş əhalinin maarifləndirilməsində istifadə oluna bilər.

    Yaddaş kitabçasının yaxın vaxtlarda kütləvi tirajla respublikanın şəhər və rayonlarında yayılması nəzərdə tutulur. 




Viewed: 1605