420 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr məhv edildi

    Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun tağşırığına əsasən 10 dekabr 2013-cü il tarixdə  “Bakı Neft Mədən Maşınqayırma Zavodu”nun inzibati ərazisində məhkəmə hökmləri ilə müsadirə olunmuş 420 kq-dan artıq müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı ilə Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən məhv edilmişdir.

    Məhv edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 48 kq 951,3 qr-ı heroin, 129 kq 432,657 qr-ı marixuana, 168 kq 977,509 qr-ı həşiş, 55 kq 546,98 qr-ı tiryək, 17 kq 119,89 qr-ı və 427 ədədi çətənə bitkiləri, 261,702 qr-ı psixotrop maddələr təşkil etmişdir.(Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin qarabazarda ümumi dəyəri 6 mln 660 min ABŞ dollar təşkil edir).

       Məhv edilmiş müxtəlif növ narkotik vasitələrin 286 kq 383,705 qr-ı Daxili İşlər Nazirliyi, 43 kq 112,205 qr-ı Milli Təhlükəsizlik Nazirliyi, 30 kq 929,88 qr-ı Dövlət Gömrük Komitəsi və 59 kq 864,248 qr-ı Dövlət Sərhəd Xidməti tərəfindən aşkar olunmuş faktlara aiddir.    

      Məhvetmə prosesi respublikada fəaliyyət göstərən televiziya kanalları və digər kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmışdır.

    Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Məzahir Əliyev məhvetmə prosesinin sonunda mətbuat konfransı keçirmişdir.




Viewed: 1505