Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə birlikdə 16 dekabr 2013-cü il tarixdə Gəncliyə Yardım Fondunun akt zalında “Gənclər narkomaniyaya yox deyir” mövzusunda konfrans keçirilmişdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası işçi qrupunun rəhbər müavini Vasif Quliyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, o cümlədən, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin, SPİD mərkəzinin mütəxəssisləri, Narkotiklərə Qarşı Təbliğat İctimai Birliyinin və digər təşkilatların nümayəndələri iştirak edərək mövzu ətrafında çıxış etmişlər.
Tədbirin sonunda Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçaları yeniyetmə-gənclərə paylanılmışdır.