Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Gənclər üçün Təhsil Mərkəzi (QHT) ilə birlikdə 07 fevral 2014-cü il tarixdə Hacıqabul rayon Mədəniyyət evinin akt zalında “Region gənclərinin 1-ci Sağlamlıq Formu” mövzusunda konfrans keçirmişdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası işçi qrupunun rəhbər müavini Vasif Quliyev, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, Hacıqabul rayon Gənclər və İdman İdarəsinin rəisi Saleh Ələsgərov, rayon polis şöbəsinin narkotiklərlə mübarizə üzrə baş əməliyyat müvəkkili Mahir Məhərrəmov, Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək” İB-nin sədri Xalid Rəcəbli, Ağdam rayon Talış kənd tam orta məktəbin tarix müəllimi Talıb Nuriyev və digər təşkilatların nümayəndələri iştirak edərək mövzu ətrafında cıxış etmişlər.
Tədbirin sonunda Dövlət Komissiyası işçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçaları yeniyetmə-gənclərə paylanılmışdır.