Lissabon şəhərində “REİTOX” Proqramı çərçivəsində tədbir keçirilmişdir.

   5-6 mart  2014-cü il tarixlərində Lissabon şəhərində Avropa Monitorinq Mərkəzi və Şərq Tərəfdaşlığı ölkələri arasında Layihə Proqramının “Reitox” proqramı çərçivəsində başlanğıc görüş keçirilmişdir.

     Proqramın əsas məqsədi milli əlaqələndiricilərin daha da təkmilləşdirilməsi, avropada narkomaniyanın yayılmasının qarşısını almaq üsulları və digər metodiki vəsaitlərin mükəmməl şəkildə mənimsəmələrini əhatə edir. Bu məqsədlə milli əlaqələndiricilərin avropa ölkələrində keçirilən məşğələlərdə, milli və ümumi akademiyalarda narkotiklər üzrə təkmilləşdirilmiş mütəxəssislərin yetişdirilməsi  üçün treyninqlər keçirilməsi məqsədəmüvafiq bilinmiş və həmin mütəxəssislərin mənimsədiklərini öz ölkələrində tətbiq etmək imkanı yaradacaqdır.

     Görüşün sonunda tərəflər arasında dialoq şəklində müzakirələr aparılmışdır. Gələcəkdə Avropa Monitorinq Mərkəzi (EMCDDA) və Şərq Tərəfdaşlığı ölkələrinin milli əlaqələndiriciləri  arasında sıx əməkdaşlıq etmək və bunun əsasında həmin ölkələrdə milli observatoriyaların yaradılması  qərara alınmaqla tədbir bağlı elan olunmuşdur.

    Adı çəkilən tədbirdə Dövlət Komissiyası İşçi qrupunun mütəxəssisi, Narkotik və Narkomaniya üzrə Avropa Monitorinq Mərkəzinin (EMCDDA) əlaqələndiricisi Turcay Akif oğlu Əhmədov iştirak etmişdir.




Viewed: 1271