Bərdə rayonunda “Gələcək sağlam gənclərindir!” adlı tədbir keçirilmişdir.

      Əsası Ümummilli Lilderimiz Heydər Əliyev tərfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu işləri davam etdirmək məqsədi ilə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  Bərdə rayonunun Akademik Zərifə Əliyeva adına Texniki Fənlər Təmayüllü Məktəb-Liseyində və 8 saylı tam orta məktəbində “Gələcək sağlam gənclərindir!” adlı tədbir keçirmişdir.

     Tədbirdə çıxış edənlər narkomaniya, QİÇS və s. kimi təhlükəli xəstəliklər barədə geniş məlumat vermiş, gələcəyimiz olan gənclərin belə bəlalardan uzaq olması üçün maarifləndirici məlumatların onlara tez-tez çatdırılması, əyani vəsaitlərin paylanılmasının zəruriliyi vurğulanmışdır. 

   Sonda Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən hazırlanmış üzəri yazılmış koynəklər şagirdlərə paylanılmışdır.

      Tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin nümayəndələri, adı çəkilən məktəblərin çoxsaylı şagird və müəllim kollektivi iştirak etmişdir.

    Tədbir Yevlax şəhərinın “El” televiziya kanalı tərəfindən işıqlandırılmışdır. (Efirə gedən süjetin linki: http://eltv.az/2014/05/01/glcyin-z-linddir-maarifln.html).




Baxılıb: 1077