Dənizkənarı bulvar ərazisində “Narkomaniyadan özümüzü qoruyaq” adlı tədbir keçirilmişdir.

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və digər aidiyyəti orqanlar ilə birgə 26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” münasibəti ilə, 2014-cü il iyunun 24-də saat 10:30-da dənizkənarı bulvar ərazisində “Narkomaniyadan özümüzü qoruyaq” adlı aksiya keçirilmişdir.        

  Tədbirdə İşçi qrupu tərəfindən hazırlanmış maarifləndirici bukletlər, yaddaş kitabçaları və üzəri yazılmış köynəklər tədbir iştirakçılarına və ictimaiyyətə paylanılmışdır.




Baxılıb: 1387