2014-cü ilin 6 ayı ərzində ölkə üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizənin nəticələrinə dair məlumat.

   2014-cü ilin 6 ayı ərzində ölkədə  narkotik  vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilmişdir.

    Belə ki, cari ilin ötən 6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1884 fakt aşkar edilmişdir ki,  onlardan 514 satış, 1271 saxlama, 92 əkin, 7 digərləri təşkil etmişdir. Aşkar edilmiş  faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 748 kq 020,56  qr müxtəlif növ narkotik vasitələr müsadirə olunmuşdur.    

  Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 92 kq 633,331 qr həşiş, 202 kq 950,059 qr heroin, 149 kq 131,438 qr tiryək, 278 kq 505,9 qr marixuana, 2 kq  016,654 qr psixotrop maddə, 0,1 qr prekusor və  22 kq 937,130 qr digərləri təşkil etmişdir.

  Həmçinin “Xaş-Xaş” 2014 şərti adı altinda həyata keçirilən tədbirlər nəticəsində qəsdən əkilib becərilən və yabanı halda bitmiş 111 ton 158 kq 534 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında aşkar olunaraq  məhv edilmişdir.

  Cinayət məsuliyyətinə cəlb edilən 1242 nəfərdən 34 nəfəri xarici ölkə vətəndaşları olmuşdur ki, onlardan 170 kq artıq müxtəlif növ narkotik vasitələr götürülmüşdür. Əcnəblərdən 1-i Litva, 6-sı Rusiya Federasiyası, 13-ü İran İslam və 14-ü Gürcüstan Respublikasının vətəndaşları olmuşdur.

  

              




Baxılıb: 1207