Praqa şəhərində “Narkotiklərin monitorinqində yeni üsulların tətbiq edilməsi” adlı təlim keçirilmişdir.

    Çexiya Respublikasının Praqa şəhərində 8-12 sentyabr 2014-cü il tarixlərdə Narkotiklərə Nəzarət üzrə Avropa Monitorinq Mərkəzi (EMCDDA) Karl Universiteti ilə birgə “Narkotiklərin monitorinqində yeni üsulların tətbiq edilməsi” adlı təlim keçirilmişdir.

    Həmin tədbirdə “Reitox” şəbəkəsinin və Narkotiklərə Nəzarət üzrə Avropa Monitorinq Mərkəzinin (EMCDDA) direktoru cənab Aleksis Qodsel və müxtəlif   Avropa ölkələrindən olan mütəxəssislərin məruzələri və narkotiklərin monitorinqində yeni üsulların tətbiq edilməsi barədə videoçarxlar tədbir  iştirakçılarına nümayiş etdirilmişdir.

   Yekun olaraq iştirakçıların təlim zamanı mənimsəmiş biliklərini yoxlamaq məqsədi ilə şifahi və yazılı sorğu keçirilmiş, ölkə üzrə  əlaqələndiricilərə nəticəni əks etdirən sertifikatlar təqdim edilmişdir.  

    Adı çəkilən təlimdə Dövlət Komissiyası İşçi qrupunun referenti, Narkotik və Narkomaniya üzrə Avropa Monitorinq Mərkəzinin (EMCDDA) əlaqələndiricisi Turcay Akif oğlu Əhmədov iştirak etmişdir.




Viewed: 1109