2014-cü il ərzində ölkə üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizənin nəticələrinə dair məlumat.

 2014-cü il ərzində ölkədə  narkotik  vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilmişdir.

 Belə ki, ötən il ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 3349 fakt aşkar edilmişdir ki,  onlardan 931 satış, 2202 saxlama, 203 əkin, 13 digərləri təşkil etmişdir. Aşkar edilmiş  faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 321 kq 288,658  qr müxtəlif növ narkotik vasitələr müsadirə olunmuşdur. 

 Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 153 kq 948,443 qr həşiş (12%), 296 kq 126,546 qr heroin (22%), 327 kq 140,538 qr tiryək (25%), 487 kq 286,322  qr marixuana (37%), 56 kq 899,469 qr digərləri (4%), 2 kq 549,108 qr psixotrop maddə 0,1 qr prekusor  və 20 qr amfetamin təşkil etmişdir.

 Həmçinin “Xaş-Xaş” 2014 şərti adı altında həyata keçirilən tədbirlər nəticəsində qəsdən əkilib becərilən və yabanı halda bitmiş 239 ton 441 kq narkotik tərkibli bitkilər yaşıl kütlə halında aşkar olunaraq  məhv edilmişdir. 

 Cinayət məsuliyyətinə cəlb edilən 2579 nəfərdən 68 nəfəri xarici ölkə vətəndaşları olmuşdur. Əcnəbilərdən 32-i İran İslam, 22-sı Gürcüstan, 8-i Rusiya Federasiyası, 2-i Türkiyə,   1-i Litva, 1-Ukrayna, 1-i Türkmənistan 1- i isə Kanada vətəndaşı olmuşdur. 

 2014-cü ilin 20 iyun və 16 dekabr tarixlərində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun təşkilatçılığı ilə məhkəmələrin qanuni qüvvəsinə minmiş 333 hökm üzrə müsadirə olunan 1 ton 127 kq-dan artıq narkotik vasitə, psixotrop maddə və prekursorlar yandırma yolu ilə Məhvetmə Komissiyası tərəfindən məhv edilmişdir.




Baxılıb: 1179