Dövlət Komissiyasının işçi qrupu Səbail Rayon İcra Hakimiyyəti ilə birgə tədbir keçirmişdir.

  28 oktyabr 2014-cü il tarixində saat 12:00-da  Azərbaycan Dövlət Pedaqoji universitetinin akt zalında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqram”ından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə təhsil müəssisələrində təhsil işçiləri, məktəblilər və tələbələr arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat işləri çərçivəsində “Səbail rayon gəncləri narkomanlığa yox deyir” mövzusunda tədbir  keçirilmişdir.

  Tədbirdə Narkomanlığa  və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə  Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun əməkdaşları, Səbail rayon Komissiya üzvləri və digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.

  Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (bukletlər, “Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçaları və s.) tədbir iştirakçılarına paylanılmışdır.




Baxılıb: 1249