Lissabon şəhərində “Milli əlaqələndiricilərin 3-cü toplantısı” adlı tədbir keçirilmişdir.

  Portuqaliya Respublikasının Lissabon şəhərində 24-25 noyabr 2014-cü il tarixlərdə Narkotiklərə Nəzarət üzrə Avropa Monitorinq Mərkəzi (EMCDDA) tərəfindən təşkil olunmuş “Milli əlaqələndiricilərin 3-cü toplnatısı” adlı tədbir keçirilmişdir.

  Tədbirin birinci günündə Narkotiklərə Nəzarət üzrə Avropa Monitorinq Mərkəzinin (EMCDDA) direktoru Volfqanq Qötz tədbir iştirakçılarını salamlayaraq, tədbiri çıxış sözü ilə açıq elan etdmişdir. İlk günün yekunu olaraq Narkotiklərə Nəzarət üzrə Avropa Monitorinq Mərkəzi tərəfindən hazırlanmış Qərbi Balkan ölkələrində narkomaniyaya dair son 5 ilin yekunlarına həsr olunmuş hesabatlar dinlənilmişdir.

 Müzakirələr doğuran ikinci gün isə üç plenar sessiyalara  bölünməklə Avropa ölkələri, Amerika Birləşmiş Ştatları və Latın Amerika ölkələrində narkomaniyaya və narkotiklərə nəzarət sahəsində aparılmış elmi və siyasi araşdırmaları əks etdirən məlumatlar videoçarx vasitəsi ilə məruzəçilər tərəfindən iştirakçılara nümayiş etdirilmişdir.

 Adı çəkilən tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun referenti, Narkotiklərə Nəzarət üzrə Avropa Monitorinq Mərkəzinin (EMCDDA) əlaqələndiricisi Turcay Akif oğlu Əhmədov iştirak etmişdir.




Baxılıb: 952