“Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi Mingəçevir şəhərində tədbir keçirmişdir.

  Əsası Ümummilli Lilderimiz Heydər Əliyev tərfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu siyasəti dəstəkləmək məqsədi ilə yaradılan “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam gənclik, sağlam gələcək deməkdir!” adlı layihə çərçivəsində Mingəçevir şəhərinin 3 nömrəli tam orta məktəbində “Narkomaniyaya “Yox” deyək” devizi altında tədbir keçirmişdir.

  Tədbirdə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin və Mingəçevir şəhərinin aidiyyəti strukturlarının nümayəndələri, çoxsaylı müəllimər və şagirdlər iştirak etmişlər.

  Çıxış edən nümayəndələr və müəllimlər “ağ ölüm” adlandırılan narkomaniya və onun fəsadları, narkomaniyadan və QİÇS-dən qorunmağın yolları və s. barədə ətraflı məlumat vermiş, dövlətimizin hər bir vətəndaşa olan qayğısından, gələcəyimiz olan gənclərin sağlam böyüməsinin vacibliyindən danışmışlar.

  Tədbir çərçivəsində “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin nümayəndələri tərəfindən həmin məktəbin yuxarı sinif şagirdlərinə və şəhər əhalisinə ümumilikdə 1.000 ədəd 2 formada maarifləndirici buklet, 200 ədəd üzəri yazılmış köynək paylanılmışdır.




Baxılıb: 976