Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinin icrasi ilə əlaqədar Xarici İşlər Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşklilatçılığı ilə “Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

  Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvləri, BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin, Avropa Şurasının, Dünya Səhiyyə Təşkilatının nümayəndələri, eləcə də Fransa, ABŞ, Pakistan, Qazaxıstandan ekspertlər və digər aidiyyəti qurumların nümayəndələri iştirak edərək mövzu ətrafında çıxış etmişlər.

 Tədbir çərçivəsində sessiyalarda “Narkomanlığa düçar olmuş uşaqların və qadınların sosial və tibbi reabilitasiyası”, “Beynəlxalq təcrübə və perspektivlər”, “Küçə və Baxımsız uşaqların narkotik vasitələrdən istifadəsinin qarşısının alınması sahəsində yeni üsulların tətbiqi və nəticələr”, “Narkotik vasitələrin uşaqlara və qadınlara təsiri, Narkotiklərlə mübarizə sahəsində vətəndaş cəmiyyətinin rolu” mövzuları müzakirə olunub.




Viewed: 1147