505 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr məhv edildi.

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun tapşırığına əsasən, 16 dekabr 2014-cü il tarixdə Bünyad Sərdarov adına “Maşınqayırma Zavodu”nun inzibati ərazisində 177 məhkəmə hökmü ilə müsadirə olunmuş 505 kq-dan artıq müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı ilə Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən məhv edilmişdir.

  Məhv edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 99 kq 558,9 qr həşiş qətranı, 166 kq 536,64 qr marixuana, 43 kq 106,28 qr heroin, 83 kq 566,703 qr tiryək, 110 kq 377,77 qr və 1662 ədəd  çətənə bitkiləri,  2 kq 210,562 qr psixotrop maddələr təşkil etmişdir. (Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin qarabazarda ümumi dəyəri 6 milyon manat təşkil edir).

 Məhvetmə prosesi respublikada fəaliyyət göstərən televiziya kanalları və digər kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmışdır.




Viewed: 1177