BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin (UNODC) Orta Asiyadakı Regional Nümayəndəliyinin hüquq-mühafizə məsələləri üzrə regional müşaviri, Əfqanıstan və qonşu ölkələr üzrə proqramının koordinatoru ilə görüş keçirilmişdir.

  2015-ci ilin 11 mart tarixində BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin (UNODC) Orta Asiyadakı Regional Nümayəndəliyinin hüquq-mühafizə məsələləri üzrə reginol müşaviri, Əfqanıstan və qonşu ölkələr üzrə proqramının koordinatoru Yusuf  Mollaoğlu ilə görüş keçirilmişdir.

   Tədbirdə məqsəd UNODC-nin region dövlətləri üzrə proqramının işçi planları, həmçinin Əfqanıstan və qonşu ölkələr üzrə regional proqramla bağlı olan məsələləri müzakirə edilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsinə dair aidiyyəti dövlət qurumları ilə fikir mübadiləsinin aparılmasıdır.

  Görüşdə Nazirlər Kabineti Aparatının hərbi və inzibati orqanlar şöbəsinin müdir müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları iştirak etmişdir.




Viewed: 1095