İstanbul Prosesi çərçivəsində Narkotiklərlə qarşı mübarizəyə dair Etimad Quruculuğu Tədbirləri üzrə ekspertlər səviyyəsində iclas keçirilmişdir.

  2015-ci ilin 29-30 aprel tarixlərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində İstanbul Prosesi çərçivəsində Narkotiklərlə qarşı mübarizəyə dair Etimad Quruculuğu Tədbirləri üzrə ekspertlər səviyyəsində iclas olmuşdur.

  Sözügedən iclasda üzv dövlətlərin ekspertləri (İstanbul Prosesi çərçivəsində Narkotiklərlə qarşı mübarizəyə dair Etimad Quruculuğu Tədbirləri üzrə), DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, Dövlət Komissiyasının işçi qrupunun, Xarici İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.

  Tədbirin gündəliyinə uyğun olaraq, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun nümayəndəsi tərəfindən Azərbaycan Respublikasında narkomanlığa, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində 2014-cü il ərzində görülmüş işlərə dair hesabatı əks etdirən “Ölkə Məruzəsi”nin təqdimatı aparılmışdır. Təqdimat çərçivəsində 2014-cü ildə ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də bu sahədə həyata keçirilən maarifləndirmə, hüquqi, sosial və tibbi tədbirlər barədə ətraflı məlumat verilmişdir.

  Bundan əlavə forum iştirakçıları “İstanbul Prosesi” çərçivəsində üzv dövlətlər arasında  narkotiklərə qarşı mübarizə üzrə etimadın möhkəmləndirilməsi tədbirləri üzrə qəbul olunmuş İcra Planının həyata keçirilməsi ilə bağlı irəliləyişlərin, mövcud olan maneələrin və gələcək əməkdaşlığın müzakirəsi aparılmışdır.

  Daha sonra qəbul olunmuş İcra Planının həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasıının hüquq mühafizə orqanları tərəfindən görülmüş işlər barədə məlumatlar dinlənilmişdir.




Baxılıb: 1008