BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin (UNODC) təşkilatçılığı ilə “ADA” Universitetində hüquq-mühafizə orqanlarının təhsil sisteminin qurulması üzrə “Le Train Net” adlı proqram çərçivəsində görüş keçirilmişdir.

  2015-ci ilin 28-29 aprel tarixlərində BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Diplomatik Akademiyasında hüquq-mühafizə orqanlarının  təhsil  sisteminin qurulması  üzrə “Le Train Net” adlı proqram çərçivəsində müxtəlif beynəlxalq və regional təşkilatlarının nümayəndələrinin iştirakı ilə elmi praktik konfrans  keçirilmişdir.

  Konfrasda beynəlxalq və regional təşkilatların təhsil proqramları üzrə ekpesrtlərinin o cümlədən Ümumdünya Gömrük Təşkilatının (ÜGT), Beynəlxalq Cinayətkarlıqla Mübarizə Təşkilatının, Beynəlxalq Polis Akademiyaları Assosiasiyasının və ATƏT-in nümayəndələrinin çıxışları dinlənilmiş, Corc Marşal adına Mərkəzinin əməkdaşı tərəfindən narkotiklərlə mübarizə sahəsində tərtib olunmuş proqram barəsində iştirakçılara ətraflı məlumat verilmişdir.

 Sessiyada gələcək addımların, əməkdaşlığın, milli əlaqələndiricilərin qabaqcıl təcrübələrdən yararlanması mövzusu ətrafında iştirakçılar arasında dialoq təşkil olunmuş, nümayəndələri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

 Tədbirdə Nazirlər Kabineti Aparatının Hərbi və inzibati orqanlar şöbəsinin müdir müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri, Dövlət Gömrük Komitəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə baş idarəsinin rəisi  və digər aidiyyəti strukturların nümayəndələri  iştirak etmişdirlər.




Baxılıb: 1054