“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar, 03 may 2015-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər arasında anti-narkotik təbliğat işinin gücləndirilməsi məqsədi ilə, “Narkomaniyaya yox deyək” adlı tədbir keçirilmişdir.
Tədbirdə qısa metrajlı film və video rolik nümayiş olunmaqla, eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (“Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, xəbərdarlıq vərəqələri və üzəri yazılmış köynəklər) iştirakçılara paylanılmışdır.