“Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi Ucar rayonunda tədbirlər keçirmişdir.

  Əsası Ümummilli Lilderimiz Heydər Əliyev tərfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu işləri davam etdirmək məqsədi ilə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ucar rayon komissiyasının köməkliyi ilə 7 may 2015-ci il tarixdə Ucar şəhər 1 nömrəli Texniki-Humanitar Təmayüllü Məktəb-Liseydə və rayonun Qazyan kənd 1 nömrəli tam orta məktəbində “Sağlam gənclik, sağlam gələcək deməkdir!” adlı tədbir keçirilmişdir.

  Tədbirdə çıxış edənlər narkomaniya, QİÇS və s. kimi təhlükəli xəstəliklər barədə geniş məlumat vermiş, gələcəyimiz olan gənclərin belə bəlalardan uzaq olması üçün maarifləndirici məlumatların onlara tez-tez çatdırılması, əyani vəsaitlərin paylanılmasının zəruriliyi vurğulanmışdır. 

  Sonda Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən hazırlanmış xüsusi geyim formaları, bukletlər şagirdlərə paylanılmış, rəsmi hissədən sonra çay süfrəsi arxasında mövzu üzrə müzakirələr davam etdirilmişdir.

  Tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin, rayonun aidiyyəti strukturlarının nümayəndələri, həmçinin adı çəkilən məktəblərin çoxsaylı şagird və müəllim kollektivi iştirak etmişlər.




Viewed: 969