358 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr, o cümlədən 3620 ədəd çətənə bitkiləri məhv edildi.

   Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun tapşırığına əsasən, 26 may 2015-ci il tarixdə Bünyad Sərdarov adına “Maşınqayırma Zavodu”nun inzibati ərazisində 199 məhkəmə hökmü ilə müsadirə olunmuş 358 kq-dan artıq müxtəlif növ narkotik vasitələr, o cümlədən  3620 ədəd  çətənə bitkiləri Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı ilə Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən məhv edilmişdir.

  Məhv edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 27 kq 448, 509 qr heroin, 145 kq 124,55 qr marixuana, 46 kq 776, 867qr həşiş qətranı, 104 kq 932,806  qr tiryək, 15 kq 852 qr xaş-xaş kütləsi, 200,571 qr kokain, 358,756 qr psixotrop maddələr təşkil etmişdir. (Məhv olunan müxtəlif növ narkotik vasitələrin qara bazarda ümumi dəyəri 5 milyon manat təşkil edir).

 Məhvetmə prosesi respublikada fəaliyyət göstərən televiziya kanalları və digər kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmışdır.




Baxılıb: 1160