Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə hazırlanmış video rolik avtobus informasiya terminal monitorlarında yayımlanır.

   “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının  icrası və o cümlədən “26 iyun - BMT-nin Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması məqsədi ilə hazırlanmış video rolik Bakı şəhəri üzrə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 515 piyada dayanacaqlarında yerləşən avtobus informasiya terminal monitorlarında cari ilin 16 iyun tarixindən başlayaraq yayımlanmış və  nümayişi 10 gün ərzində davam edəcək.




Baxılıb: 1300