Rayon haqqında

Rayonun ərazisi  1382 kv.km., əhalisinin  sayı 121.0 min nəfərdir. 23 oktyabr  1993-cü il tarixdə  Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonu tam işğal olunmuş, 1994-cü  ilin yanvar ayında 22 yaşayış  məntəqəsi  azad edilmişdir. 62 yaşayış məntəqəsi işğal altında olan rayonun 1 şəhər,17 qəsəbə və 21 kəndində hazırda 66,5 min nəfər əhali yaşayır.

Horadiz  şəhəri  ilə  Bakı  şəhəri  arasında  olan  məsafə  295  km-dir.

Horadiz şəhəri  daxil  olmaqla 17  kəndə   təbii qaz xətti çəkilmiş, işğaldan azad olunmuş 22675 hektar ərazidə torpaq islahatı aparılmışdır.

Horadiz şəhərində Ümummilli  Liderin adını daşıyan park salınmış, Heydər Əliyev mərkəzi tikilmiş və abidəsi ucaldılmış, 148 yerlik mədəniyyət sarayı, Şahmat  məktəbi,  2  mərtəbəli  Gənclər  mərkəzi, YAP  rayon  təşkilatı  üçün  inzibati  bina, rayon  ərazisində 5 min  ton   kənd  təsərrüfatı  məhsulları  saxlayan  soyuducu  ambar, “Qarabağ-broyler”  MMC, Su  elektrik  stansiyası  tikillib istifadəyə verilmişdir.       

İşğaldan azad olunmuş ərazilərdə yollar çəkilmiş, məktəblər tikilmiş, infrastruktur yenidən qurulmuşdur.




Baxılıb: 1958