Gədəbəy rayonu Azərbaycan Respublikasının inzibati rayonu kimi 08 avqust 1930-cu ildə təşkil edilmişdir. Rayon qərb və cənub-qərb tərəfdən 123 km məsafədə Ermənistan Respublikası ilə, şimal tərəfdən Azərbaycan Respublikasının Tovuz, şimal-şərq tərəfdən Şəmkir və Daşkəsən rayonları ilə həmsərhəddir.
Əhalisi 96.100 nəfərdir
Ərazisi 1.229 km2-dir.
Əhalinin orta sıxlıq 1 km2 –də 78 nəfərdir.
Gədəbəy rayonunda 1 şəhər (Gədəbəy şəhəri) və 108 kənd mövcuddur. Rayonda 47 inzibati ərazi dairəsi və 31 bələdiyyə fəaliyyət göstərir.
Rayon Kiçik Qafqazın orta və yüksək dağlıq zonasında, Şahdağ silsiləsinin şimal yamacını, Başkənd-Dəstəfur çökəkliyinin və Şəmkir dağ massivinin bir hissəsini əhatə edir.
Ən yüksək dağ zirvəsi Qoşabulaq (3549 m.), Qocadağ (3317 m.) və sairlərdən ibarətdir.
Gədəbəy rayonunun zəngin təbii-iqlim şəraiti, əhəmiyyətli faydalı qazıntı yataqları, o cümlədən qara və ağ mərmər, mis, qızıl, firuzə yataqları vardır. Bununla yanaşі, müalcəvi əhəmiyyəti olan mineral bulaqlar mövcuddur.
İnzibati rayonda yayı quraq keçən mülayim – isti və qışı quraq keçən soyuq iqlim hakimdir. Yanvarіn orta temperaturu – 2o – 10oC arasında, iyulda isə 10o – 20oC arasіnda dəyişir. Yağıntıların orta illik miqdarı 600-900 mm-dir. Yağіntіlar əsasən yazіn axırі və yayın əvvəlində düşür.
Gədəbəy rayonu Azərbaycanın ən qədim insan yaşayışı məskənlərindən biridir. Ərazidə olan tarixi mədəniyyət abidələri eramızdan əvvəl 14-8-ci əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi tariximizə daxil olmuşdur.
Rayon ərazisində 1 dünya əhəmiyyətli, 79 ölkə əhəmiyyətli arxeoloji abidə, 18 memarlıq abidəsi qorunur. «Koroğlu Qalası», «Qız qalası» və «Mahrasa» kimi tarixi memarlıq abidələri bu gün də öz gözəlliyi ilə diqqəti cəlb edir.
XIX əsrin ortalarında Gədəbəy rayonu ərazisində mis filizi yataqları kəşf edilmiş və 1855-1856-cı illərdə yerli sahibkarlar tərəfindən misəritmə zavodu tikilmişdir. Daha sonra həmin zavod Almaniyanın «Simens» şirkəti tərəfindən alınaraq, 1865-ci ildə yenidən qurulmuşdur. «Simens» şirkəti tərəfindən 1883-cü ildə ikinci zavod – Qalakənd misəritmə zavodu tikilmiş, Gədəbəy-Qalakənd arasında dar dəmir yolu çəkilmişdir.
Beləliklə, 1879-cu ildə Zaqafqaziyada 28 km uzunluğunda ilk “Gədəbəy-Qalakənd” dəmir yolu çəkilmişdir. Bu dəmir yolunda 4 lokamativ 33 vaqon hərəkət etmişdir. Eyni zamanda, Çar Rusiyası ərazisində ilk su elektrik stansiyası 1883-cü ildə Gədəbəy rayonunun Qalakənd kəndində tikilmişdir.
Həmin vaxt Qalakənd misəritmə zavodunda misi elektrolіz üsulu ilə əritmək üçün Rusiya imperiyası ərazisində ilk dəfə olaraq su elektrik stansiyası işə salınmışdır.
Gədəbəy və Qalakənd misəritmə zavodları həmin dövrdə Qafqazın ən böyük misəritmə zavodları olmuşdur. Rusiyada istehsal olunan misin dörddən biri bu zavodların payına düşürdü.
Həmin dövrdə ərazidə arxeoloji qazıntı işləri aparılmış, nəticəsi «Folker Şpis» elmi nəşriyyatı tərəfindən «Qalakənd» adlı elmi əsər şəklində Berlində çap edilmiş və Berlin dövlət muzeyində saxlanılır.
Rayonun iqtisadiyyatının əsasını kartofçuluq və heyvandarlıq təşkil edir.
Son illər rayonda əlvan metallar sənayesi də inkişaf etməkdədir.
Baxılıb: 4127