Şəmkir rayonu 1930-cu ildə təşkil edilmişdir. Rayonun ərazisi 1660 kv.km-dir. Rayonun ümumi torpaq sahəsi 184584 ha təşkil edir ki, bununda 62478 ha dövlət, 48692 ha xüsusi, 73414 ha bələdiyyə mülkiyyətindədir.
Rayonun inzibati mərkəzi olan Şəmkir şəhəri Bakı səhərindən 399 km məsafədə yerləşir. Rayon 1 şəhər, 4 qəsəbə, 61 kənddən ibarətdir. Əhalinin ümumi sayi 201473 nəfərdir. Rayonda inzibati ərazi vahidliklərinin sayı 48, bələdiyyələrin sayı 46-dır.
Rayonun şimal-şərq hissəsini ( Kür çayının sol sahili ) Ceyrançöl, Mərkəzi hissəsini Gəncə-Qazax düzənliyi, cənubu kiçik Qafqazın şimal-şərq ətəklərini tutur. Rayonun əlverişli təbii şəraiti, saf iqlimi, mənzərəli dağ-meşə landşaftı vardır. Relyef xüsusiyyətlərinə görə rayonun ərazisi 4 zonaya: maili düzənliklər, dağətəyi, orta dağlıq, yüksək dağlıq zonalarına ayrılır. Rayonun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir.
Şəmkir rayonunda 12 xəstaxana, 27 tibb məntəqəsi, konsultativ polikilinka şöbəsi, Gigiyena və Epidemiyologiya Mərkəzi, rayonlararası taun əleyhinə şöbə, 68 tam orta, 10 orta, 79 İbtidai ümumitəhsil məktəbi, 53 körpələr evi və uşaq baxçası, uşaqların, gənclərin məktəbdənkənar və asudə vaxtlarının daha səmərəli keçməsi məqsədi ilə Olimpiya İdman Kompleksi, 3 Uşaq Gənclər İdman məktəbi, Uşaq Şahmat məktəbi, Ekoloji Tərbiyyə və Tərbiyyəçilik məktəbi, Uşaq yaradıcılıq məktəbi və Gənc Texniklər Stansiyası, 1 şəhər, 1 rayon, 4 qəsəbə, 23 kənd mədəniyyət evi, 5 şəhər, 24 kənd klubu, 1 rayon, 4 şəhər, 67 kənd, 1 uşaq kitabxanası, 1 uşaq müsiqi məktəbi, H.Əliyev mərkəzi, 1 Tarix Diyarşünaslıq, Çənlibel Xalq Tədbiqi Sənət Müzeyi fəaliyyət göstərir.
Sıra №-si |
Abidələrin adı |
Tarixi |
Yerləşdiyi ərazi |
1. |
Qədim Şəmkir şəhəri |
Orta əsrlər |
Muxtariyyə kəndi |
2. |
Şəmkir qalası |
XVII əsr |
Muxtariyyə kəndi |
3. |
Koroğlu qalası |
XVII əsr |
Şəmkir şəhəri yaxınlığında |
4. |
Körpü |
XVII əsr |
Muxtariyyə kəndi |
5. |
Körpü |
XVII əsr |
Muxtariyyə kəndi |
6. |
“Didvan” bürcü |
XVII əsr |
Yeni-Həyat |
7. |
Qız qalasi |
XV əsr |
Aşağı Seyfəli kəndi |
8. |
Məscid |
XVIII əsr |
Aşağı Seyfəli kəndi |
9. |
Məscid |
XVIII əsr |
Abbaslı kəndi |
10. |
Qız qalası |
XVIII əsr |
Tatar kəndi |
11. |
Karvan körpüsü |
XI əsr |
Zəyəm çayının üzərində |
12. |
Irmaşlı piri |
V əsr |
Dağ İrmaşlı |
13. |
Lüteran kilsəsi |
1909-cu il |
Şəmkir şəhəri |
14. |
Baydar şəhər xarabalığı |
XI-XII əsr |
Bayramlı kəndi |
15. |
Koroğlu qalası |
XVII əsr |
Zəyəm qəsəbəsi |
16. |
Körpü |
XVII əsr |
Təhnəli kəndi |
17. |
Uğuz qəbri |
Orta əsrlər |
Aşağı Seyfəli kəndi |
Baxılıb: 3414